Türkiyədən deportasiya edilən zaman 5 aylıq suriyalı körpə təyyarədə dünyasını dəyişib.
Qaziantepdən İstanbula anası ilə birgə gətirilən zaman suriyalı 5 aylıq körpə Emin Mahiev təyyarədə keçinib.
İman Mahiev adlı suriyalı qadın Qaziantepdə iki polisin nəzarəti altında hava limanına gətirilib. Mahievin Fransa vətəndaşı olduğu məlum olub. Hava limanına gətirilərkən səhhətində problem olduğu bilinən körpə təyyarədə olarkən dünyasını dəyişib. Körpənin həyatını xilas etmək üçün həkimlər müdaxilə etsələr də, Emin Mahievin ürəyinin artıq dayandığı məlum olub./axar
7news.az








