RU
Daha bir erməni hüquq müdafiəçisi Bakıya gəldi
15:46
554

Daha bir erməni hüquq müdafiəçisi Bakıya gəldi

Ermənistan rəhbərliyi "Meridian” qeyri-hökumət təşkilatının sədri, jurnalist Suzanna Caqinyanın Azərbaycanda keçirilən "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransa iştirakına mane olub.

7news.Az xəbər verir ki, bu barədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

Qeyd edib ki, Suzanna Caqinyana qarşı təzyiqlərə baxmayaraq, O, Ermənistanı tərk edərək yaxın saatlarda Bakıda olacaq. 

Erməni jurnalist Sarkisyan hakimiyyətinin onlara göstərdiyi təzyiqlər barədə Bakıda mətbuata açıqlama verəcək. 

***

Erməni jurnalist və ictimai xadim Suzanna Caqinyan artıq Bakıya gəlib. Onun "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda keçirilən konfransda iştirak edəcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ