RU
Daha bir güclü zəlzələ baş verdi - SON DƏQİQƏ - VİDEO
11:40
679

Daha bir güclü zəlzələ baş verdi - SON DƏQİQƏ - VİDEO

Yeni Zellandiyada son iki gündə ikinci güclü zəlzələ baş verib. 

Ötən gün baş verən 7,8 bal gücündəki zəlzələnin ardından ölkədə daha bir şiddətli seysmik sarsıntı qeydə alınıb. 6,3 bal gücündəki yeraltı təkanların episentri Krisçörç şəhərindən 91 km şimalda olub. Bildirilir ki, son bir gün ərzində bölgədə 100-ə qədər seysmik sarsıntılar baş verib.

Qeyd edək ki, ötən gün 3-dən çox insanın ölümü və xeyli sayda tikilinin dağılmasına səbəb olan 7,8 bal gücündəki zəlzələnin ardından bölgədə sunami təhlükəsi elan edilib. Hündürlüyü 5 metrə çatan güclü dalğaların artıq sahilə yaxınlaşdığı bildirilir. Qabaqlayıcı tədbirlər nəticəsində sunami hələ ki, tələfata yol açmayıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ