RU
Daha bir intihar cəhdi: Bankı əlindən alınan oliqarx özünü öldürmək istədi
16:15
843

Daha bir intihar cəhdi: Bankı əlindən alınan oliqarx özünü öldürmək istədi

Qazaxıstan kənd təsərrüfatı maqnatı və lisenziyadan məhrum edilmiş "Kazinvestbank”ın səhmdarı Nurlan Tleubayev intihara cəhd edib.

Bu haqda "Exclusive jurnalı yazıb.

İntihara cəhd 2016-cı ilin dekabrında olub. Oliqarxı buna vadar edən səbəblər və hadisənin başqa təfərrüatları açıqlanmır. Ancaq nəşr qeyd edir ki, hazırda oliqarxın vəziyyəti sabit qiymətləndirilir.

Nurlan Tleubayev "Aqrosənaye Kompleks-İnvest” Korporasiyası, "Taxıl sığorta şirkəti” və "Alibi” sirkətinda paya sahibdir. 2016-cı ildə "Kazinvestbank”ın əsas səhmdarı olub. "Forbes”ə görə, Qazaxıstanda ən zəngin 22-ci şəxsdir. Onun sərvəti 256 milyon dollar qiymətləndirilir.

Qazaxıstan Milli Bankı 2016-cı il dekabrın 26-da "Kazinvestbank”ı lisenziyadan məhrum edib. Bankın rəhbərliyi öz vəzifələrindən kənarlaşdırılıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ