Nəzərinizə çatdırıram ki, ötən şikayətim zamanı vergi məmurunun şirkətə gedərək qapını döydüyü halda qapını ona açmamış və ofisi tərk edib qeyd etdiyim ünvana köçərək izlərini itirməyə çalışmışlar. Həmçinin Əmək Müfəttişliyinə etdiyim müraciət zamanı müfəttişlik məmurlarına bizə şər atırlar tanımırıq deyə yalan uyduraraq öhdəliklərindən yayınmışlar. Eyni zamanda şirkətin sexi olduğu halda orda sənədləşdirilməmiş ustalar var deyə seximiz yoxdur demişlər.
e-mail: [email protected] / Telefon nömrələri (012)567-81-41 ,050 228-20-11, 050 245-29-39 -dur. Xahiş edirəm vergidən yayınma hallarının qarşısını almaq və hüquqların bərpa olunması üçün sizə etdiyim müraciətimi qeydə alasınız. Tələbim budur ki, qurumlar belə saxtakarlardan vətəndaşların hüquqlarını niyə müdafiə edə bilmirlər ?
Qeyd edək ki, qarşı tərəfin də mövqeyini öyrənmək üçün əlaqə saxlasaq qeyd olunan nömrələrə zəng çatmadı./interpress
7News.Az








