Daha bir külək qurbanı: Binədə darvaza kişinin başına aşdı
Xəzər rayonunda 40 yaşlı kişinin üstünə darvaza aşıb.
7News.Az xəbər verir ki, Binə qəsəbəsində 1979-cu il təvəllüdlü Qəhrəmanov Qəhrəman Fərhad oğlu yaşadığı evin həyətində olarkən üstünə dəmir qapı aşıb.
Yaralı təcili olaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması, sol bazunun və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.