Şimali İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Necirvan Bərzani Türkiyəyə səfər edəcək.
7news.az xəbər verir ki, bu barədə Əl Cəzirə telekanalı məlumat yayıb.
Məlumata görə, Bərzani İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Qeyd edək ki, iki həftə əvvəl Şimali İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani Türkiyə səfər etmişdi.
7news.az








