RU
Daha bir ölkə Azərbaycanda səfirlik açacaq
16:17
721

Daha bir ölkə Azərbaycanda səfirlik açacaq

Diplomatik nümayəndəlik bu il ərzində təsis olunacaq.

Kosta Rika Azərbaycanda səfirlik açmaq niyyətindədir.

Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

Kosta Rikanın Xarici İşlər və Etiqad Nazirliyindən daxil olmuş notada bu ölkənin 2016-cı ildə Azərbaycanda səfirlik açmaq niyyəti ifadə olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş cavab notasında Kosta Rikanın bu qərarının alqışlandığı və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ