RU
Daha bir ölkə koronavirusa qalib gəldiyini açıqlayıb
11:29
404

Daha bir ölkə koronavirusa qalib gəldiyini açıqlayıb

Braziliya Prezidenti Jair Bolsonaru ölkəsinin koronavirusa qalib gəldiyini elan edib.

 

7News.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə "Globo” nəşri yazıb. "Biz praktiki olaraq pandemiyaya qalib gəldik”, - deyə prezident bildirib. Bolsonaru daha sonra pandemiyanın nəticələrinin minimallaşdırılması üçün hökumətin gördüyü tədbirlərdən danışıb.

 

Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə dünyada üçüncü yerdədir (4 251 455 nəfər). Pandemiya dövründə ölkədə 129 mindən çox pasiyent ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ