RU
Daha bir ölkə kosmosa astronavt göndərir - Marsda yaşayış məskəni quracaq
15:33
343

Daha bir ölkə kosmosa astronavt göndərir - Marsda yaşayış məskəni quracaq

Uzun müddətdir kosmosla bağlı layihələrə böyük ölçüdə sərmayə qoyan Birləşmiş Ərəb Əmirlikləri ilk astronavtını 25 sentyabr tarixində komosa göndərəcək.

Ölkənin ilk astronavtları olan Hazza əl-Mansuri və Sultan Nəyadidən biri "Soyuz” raketi ilə komsosa yollanacaq.

Astronavtın kimliyinin isə may ayında açıqlanması gözlənilir.

Rusiyadakı təhsillərini tamamlayaraq ölkələrinə geri dönən astronavtlar ötən günlərdə BƏƏ-nin vəliəhd şahzadəsi və ölkənin Kosmos Mərkəzinin sədri Həmdan ibn Məhəmmədn ibn Rəşid əL-Məktum ilə görüşmüşdü.

​Qeyd edək ki, bu varlı körfəz ölkəsi ilk yerli istehsal peyki olan "XəlifəSat”ı ötən ilin oktyabr ayında Yaponiyada yerləşən Taneqaşima Komik Mərkəzindən qalaktikaya göndərmişdi.

Birləşmiş Ərəb Əmirlikləri 2117-ci ildə Marsda ilk yaşayış məskəni qurmağı planlaşdırır./publika

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ