1 Noyabr 2016-ci il tarixindən etibarən Çinar Trans MMC-nin istismarında olan 88 saylı marşrutun xəttində "Bakı Kart” vahid elektron ödəniş sisteminə aid kartların istifadəsinə başlanılacaq.
7News.Az xəbər verir ki, bu barədə "Çinar-Trans" MMC-nin direktoru Etibar Manafov bildirib. Onun sözlərinə görə, "K Group" və Türkiyənin "Kent Kart" şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində I mərhələdə 1 marşrut xəttində 30 avtobusa kart oxuyan cihazlar - validatorlar quraşdırılıb: "Sürücü və dispetçerlər müvafiq təlimlərdən keçib. Şirkətin inzibati binasında xüsusi monitorinq mərkəzi qurulub. Layihənin ərsəyə gəlməsində Bakı Nəqliyyat Agentliyinin xüsusi dəstəyi böyükdür. Eyni zamanda "K Group" və "Kent Kart" şirkətlərinə təşəkkürümü bildirirəm”.









