RU
Daha bir medal - Cüdoçumuz FİNALDA
12:33
649

Daha bir medal - Cüdoçumuz FİNALDA

Azərbaycan cüdoçusu, 52 kq çəki dərəcəsində Nəzakət Əzizova IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda yarımfinalda tatami üzərinə çıxıb.

7News.az xəbər verir ki, onun rəqibi Özbəkistan təmsilçisi Diyora Keldiyorova olub. Çətin keçən mübarizədə Azərbaycan idmançısı rəqibinə qalib gələrək finala vəsiqə qazanıb.

Bundan əvvəl N.Əzizova Qabon təmsilçisi Ester Korin Evala Bondima qalib gəlmişdi.

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ