RU
Daha bir nəfər
02:20
336

Daha bir nəfər "donuz qripi"ndən ölüb

Acarıstanda daha bir nəfər H1N1 (donuz qripi) virusundan ölüb. 
 
APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi xəbərə görə, qripə yoluxan 66 yaşlı kişi yanvarın 29-da müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib. Bundan sonra onun vəziyyəti pisləşib və ötən gün ölüb.
 
Acarıstanın İctimai Səhiyyə  Mərkəzi bölgədə indiyədək H1N1 virusundan artıq 5 nəfərin öldüyünü bildirib.
 
Qeyd edək ki, Gürcüstan üzrə H1N1 virusundan bu ölüm halı da daxil olmaqla 11 nəfər dünyasını dəyişib.
 
7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ