Xəbər verdiyimiz kimi, bu gün Dövlət Neft Şirkətində "Günəşli" yatağında baş verən yanğınla əlaqədar mətbuat konfransı keçirilib.
SOCAR-ın vitse-prezident Xaliq Məmmədov hazırda xilasetmə işlərinin son vəziyyətindən danışıb.
O, faciə ilə bağlı keçirilən mətbuat konfransında bildirilib ki, 1975-ci il təvəllüdlü Həsənov Zaur Vahid oğlu sudan çıxarılıb. Onun meyiti artıq ailəsinə təhvil verilib.
Qeyd edək ki, bir neçə saat öncə Həsənov Ramiz Nüsrəddin oğlunun da (02.08.1965) meyiti sudan çıxarılıb./qafqazinfo
7news.az








