RU
Daha bir ovçu əməliyyatı: 5 ov tüfəngi və 32 patron götürüldü - Foto
13:30
1193

Daha bir ovçu əməliyyatı: 5 ov tüfəngi və 32 patron götürüldü - Foto

Qusarda icazəsiz ov edən şəxslər saxlanılıb.

Bu barədə 7News.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Ləyərqışlaq kəndi ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb. Onlardan 5 ov tüfəngi və 32  patron götürülüb.

Araşdırma zamanı brakonyerlərin Qusar rayon sakinləri Rəşad Əlirzayev, Marif  Fətiyev, Alim Yüzbəyov, Rasim Əlimuradov və Xaçmaz rayon sakini Xalid Binəliyev olduğu məlum olub. 

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ