RU
Daha bir
10:30
137

Daha bir "patı" satıcısı tutuldu

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan rayon sakini, 51 yaşlı Kamal İslamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ