Gəncə şəhərində daha bir pedaqoq koronavirus infeksiyasından dünyasını dəyişib. 7NEWS.az-ın verdiyi məlumata əsasən İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəlliməsi Raida Tağıyeva covid 19 infeksiyasından həyatını itirib.Uzun müddət pedaqoq kimi çalışan mərhum Gəncə şəhərinin ən tanınan müəllimlərindən olub.









