İraq ordusu daha bir uğura imza atıb.
7News.Az xarici mətbuata istinadən bildirir ki, antiterror əməliyyatları çərçivəsində həyata keçirilən döyüşlərdə Hit şəhəri İŞİD terrorçularından azad edilib. Ölkənin qərbində yerləşən şəhər uğrunda günlərdir davam edən döyüşlərdən sonra həlledici hücum təşkil edilib. Əməliyyatlar Ənbar vilayətinin azad edilməsi planına uyğun həyata keçirilib. Şəhərdə çoxlu sayda İŞİD silahlısı məhv edilib. Döyüşlərə Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi koalisiya qüvvələrinin dəstək verməsi isə qələbəni tezləşdirib.
Hitin strateji əhəmiyyətinə gəlincə, paytaxt Bağdaddan 150 km aralıda yerləşən şəhər İraqdakı terrorçuların qalası hesab edilirdi. Hücum əməliyyatlarının müsbət sonluqla başa çatmasının digər səbəbi isə dəqiq kəşfiyyat məlumatlarının olmasıdır. Radioqəbulediciləri dinləyən kəşfiyyatçılar, silahlıların arxayınlaşmasını gözləyiblər. Şəhərin alınma xəbəri verilən kimi evlərindən didərgin düşənlər doğma şəhərlərinə geri qayıtmağa başlayıblar.
7News.Az








