İraq hərbi qüvvələri Mosulun şərqində yerləşən Bartalla şəhərini İŞİD terrorçularından azad ediblər.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, döyüşlər zamanı 200-dən çox İŞİD üzvü öldürülüb.
Məlumata görə, azad edilən şəhər Mosuldan 13 kilometr məsafədə yerləşir.
Qeyd edək ki, oktyabrın 17-də İraq hakimiyyətini Mosul üzərində nəzarətin bərpa edilməsi üzrə əməliyyat başlayıb.








