RU
Daha bir şəhər İŞİD-dən tamamilə azad edilib
12:50
362

Daha bir şəhər İŞİD-dən tamamilə azad edilib

İraq ordusunun rəsmisi ölkənin şimalında yerləşən Əl-Huveyci şəhərini İŞİD-dən tamamilə azad edildiyini bildirib.

Bu barədə "Sky News Arabia” məlumat yayıb.

Məlumata əsasən, ordu və xalq könüllü dəstələri şəhərin terrorçulardan təmizlənməsi üzrə əməliyyatın ikinci mərhələsini başa çatdırıblar. Əməliyyat çərçivəsində Əl-Huveyci yaxınlığındakı 161 kənd bu müddət ərzində hərbi kampaniya zamanı azad olunub.

Şəhər Kərkükün 55 km məsafəsində yerləşir və 2014-cu ildən İŞİD-in nəzarətində olub./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ