Məlumayda qeyd olunur ki, ötən həftə tikinti şirkıtlərinin birində bədbəxt hadisə baş verdi və bir işçi yüksəklikdən yığılaraq dünyasını dəyişdi. Şirkətlərin çoxu işçiləri ən ağır şərtlərlə işlədirlər. Rəhmətə gedən işçini isə tikinti şirkəti ilə rəsmi heçnə bağlanmırmış. Məhz buna görə prosesin sonrakı məsələsi daha faciəvi hal alır.
Paytaxt Bakıda bütün tikinti qaydalarını pozan daha bir şirkət ifşa olundu. 7NEWS.az xəbər verir ki, belə şirkətlərdən biri 'RÜR' MMC-dir. Bu barədə məlumatı tanınmış teleaparacı Elçin Əlibəyli verib. 'M-Arch Group' MMC-nin layihəsi əsasında aparılan işləri podraçı qismində 'RÜR' MMC reallaşdırır. E. Əlibəyli bu olayla bağlı status yazıb və video paylaşıb. Məlumatı olduğu kimk təqdim edirik.
"Dünən tikintidə daha bir ölüm hadisəsi oldu. Bu görüntünü isə bu gün çəkdim. Həsən Əliyev küçəsində "Rür residence"də gedən tikintidə işçilərə qoruyucu geyim verməyiblər. #tikintidəölüməson"
Mövzunu davam etdirəcəyik.
7NEWS.az









