Azərbaycanı Paralimpiya Oyunlarında təmsil etməli olan taekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu səbəbdən dünya çempionumuz Paralimpiya Oyunlarında sentyabrın 4-də tatamiyə çıxa bilməyəcək.
Qeyd edək ki, daha əvvəl cüdoçumuz Ramil Qasımovun koronavirus testi pozitiv çıxdığından, güləşə bilməmişdi.
7NEWS.Az







