Yəmənin cənubunda, Ədən şəhəri aeroportunun yaxınlığında yerləşən hərbi bazada iki partlayış baş verib.
Hadisə nəticəsində ən azı 6 hərbçi ölüb.
Məlumata görə, bazanın girişindəki avtomobildə quraşdırılmış partlayıcı qurğu işə salınıb. Bundan başqa, hücumçular hərbi obyektin ərazisinə girməyə və ikinci nəqliyyat vasitəsini partlatmağa müvəffəq olublar./report
7News.Az








