Ukraynanın "İnter” telekanalı Xocalı faciəsinə həsr olunmuş süjet yayımlayıb.
Xəbərlər proqramının sujetində anım gününə hazırlıqların bir neçə həftə əvvəl başlanıldığı qeyd olunub.
"Xocalı faciəsi indiyə kimi dərmanı tapılmayan milli xəstəlikdir. Həmin vaxtdan 27 il keçsə də, Xocalı soyqırımında həlak olmuş insanlar hələ də yaddaşlardadır.
Bu günlərdə Bakı küçələrində çoxsaylı lövhələrə rast gəlmək olur. Tələbələr faciə qurbanlarına qoyulmuş abidəyə güllər qoyur, məktəblərdə xatirə dərsləri keçirilib.
Azərbaycan paytaxtında bir qayda olaraq hər il fevralın 26-da ümumxalq yürüşü keçirilir. Bu il də on minlərlə azərbaycanlı əllərində soyqırım qurbanlarının şəkilləri və adları ilə mərkəzi küçələrlə yürüş edib.
Azərbaycan prezidenti İlham Əliyev də faciə qurbanlarının xatirəsini anıb”, - deyə süjetdə qeyd olunur.
7News.Az








