RU
Daha iki erməni diversant ələ keçirilib? - DSX-dan açıqlama
14:00
171

Daha iki erməni diversant ələ keçirilib? - DSX-dan açıqlama

Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

Dövlət Sərhəd Xidmətindən 7News.Az-a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir:

 
"Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ