Hər bir abonent üçün ayrıca sayğac quraşdırılıb.
Sentyabrın 18-də Bərdə rayonunun Alpout və Qarayusifli kəndlərinə təbii qaz verilib.
Bu münasibətlə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, 380 abonenti olan Alpout kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22173 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərdə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 370 abonenti olan Qarayusifli kəndində birpilləli sistem əsasında uzunluğu 24846 metr müxtəlif diametrli qaz xətləri çəkilib, bütün abonentlər sayğac və fərdi tənzimləyici ilə təmin edilib.
7news.az








