İki aya yaxın müddətdə.
2015-ci ilin dekabr ayının 1-dən bu günə qədər Dağıstanda təxminən 60 “donuz qripi”nə yoluxma halı qeydə alınıb.
Bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.
“Bu vəziyyət daha ağır kliniki mənzərəni və ağırlaşmaları, o cümlədən də viruslu sətəlcəm yaradır”, - məlumatda deyilir.
Nazirlikdən qeyd edilib ki, epidemik vəziyyətə dair gündəlik olaraq monitorinq aparılır və respublikanın infeksiya qərargahında müzakirə edilir./oxu
7news.az








