Dağıstanın antiterror əməliyyat rejimi elan olunduğu Taqirkənd-Kazmalyar kəndində bir yaraqlı zərərsizləşdirilib.
7news.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə respublikanın hüquq-mühafizə orqanlarından məlumat verilib.
"Əməliyyat-axtarış tədbirləri çərçivəsində Taqirkənd-Kazmalyar kəndi yaxınlığında bir qrup silahlı aşkarlanıb. Yaraqlılar təslim olmaq təklifinə atəşlə cavab veriblər. İlkin məlumata görə, atışma zamanı bir silahlı öldürülüb”, - agentliyin sözçüsü deyib.
O qeyd edib ki, rayon güc strukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.
7news.Az








