Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı 7 silahlı məhv edilib. Əməliyyat zamanı xüsusi təyinatlılardan biri ölüb, digəri yaralanıb.
7News.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Mənbənin bildirdiyinə görə, məhv edilmiş silahlıların sayı daha çox ola bilər, amma bunu əraziyə tam baxış keçirdikdən sonra demək mümkün olacaq.
7News.Az








