RU
Dağıstandakı zəlzələ Azərbaycanda 4 bala qədər hiss olunub - YENİLƏNİB
11:30
31

Dağıstandakı zəlzələ Azərbaycanda 4 bala qədər hiss olunub - YENİLƏNİB

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Dağıstanda Mahaçqaladan 82 km cənub-cənub qərbdə zəlzələ qeydə alınıb.

Bu barədə 7News.Az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.

Maqnitudası 5,7 olan zəlzələ 5 km dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, dekabrın 8-də Rusiyanın Dağıstan Respublikası ilə Gürcüstan sərhədində 5,5 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri 22 km dərinlikdə yerləşib.
 
10.50
Gəncə şəhərində və ətraf rayonlarda zəlzələ olub.

Yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.

Zəlzələ, təxminən, 40-45 saniyə davam edib.

Yeraltı təkanlar Zaqatala və Qax rayonlarında da əhali hiss edilib. 

Dağıntı və tələfat barədə məlumat yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ