Dağıstanın Mahaçqala şəhərindən Azərbaycana aviareys açılacaq.
7News.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Mahaçqala aeroportunun baş direktoru Arsen Pirmaqomedov bildirib.
Onun sözlərinə görə, hazırda danışıqlar gedir və aviareys yaxın vaxtlarda açılacaq. Baş direktor uçuşların Azərbaycanın hansı şəhərinə yerinə yetiriləcəyini dəqiqləşdirməyib.








