RU
14:00
806

"Dağlıq Qarabağ münaqişəsi inkişafa maneədir"

"Dağlıq Qarabağ münaqişəsi həm münaqişə tərəflərinin, həm də bütün regionun inkişafına maneə yaradır. Cənubi Qafqaz Avropanın böhranlı regionudur”. 

7News.Az bildirir Avropa Parlamentinin plenar sessiyasında Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini Mogerini ötən ay Azərbaycana və Ermənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin onun diqqət mərkəzində olduğunu qeyd edib:

“İndi bu məsələni müzakirə etmək çox faydalı olacaq, çünki Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir. Geniş miqyaslı münaqişə heç kimin maraqlarına xidmət etmir, və yaxşı nəticələrə aparıb çıxarmayacaq. Son günlər baş vermiş gərginlik barədə, ağır döyüş silahlarından istifadə və mülki vətəndaşlar arasında itkilərin olması barədə məlumatımız var. Səsləndirilən bəyanatlar da açıq-aydın göstərir ki, vəziyyət təhlükəlidir”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ