ATƏT-in yeni baş katibi Tomas Qreminger Dağlıq Qarabağ münaqişəsini diqqətlə izlədiklərini bildirib.
Bu barədə Tomas RBK-ya müsahibəsində vurğulayıb.
"Bizim ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik tərəfindən başçılıq edilən və təmas xətti boyunca vəziyyətə diqqətlə nəzarət edən əməkdaşları olan missiyamız var. Biz son zamanlar baş verən alışmadan narahat idik", - deyə Qreminger bildirib.
Baş katib həmçinin deyib ki, onun rolu ondan ibarətdir ki, Minsk qrupunun üç həmsədrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına yönələn səylərinə dəstək olsun./trend
7news.Az








