Texas ştatının Dallas şəhərində baş verən atışma planlı şəkildə həyata keçirilib.
7News.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama deyib. O, ABŞ-ın xüsusi xidmət orqanlarında bu cinayətlə bağlı şübhəlilərin olduğunu qeyd edib: “Dallasda baş verən iyrənc cinayət məqsədyönlü və planlı şəkildə həyata keçirilib. Biz Federal Təhqiqatlar Bürosunun rəhbərliyi ilə daimi əlaqə saxlayırıq. Hələki Dallasda baş verən atışmanın səbəbi barədə dolğun informasiyaya malik deyilik”.
ABŞ prezidenti, həmçinin Dallasda həyatını itirən və yaralanan polis əməkdaşlarının ailələrinə başsağlığı verib.
7News.Az








