RU
Daniel Siçilongo: Bakıdan öyrəniləsi çox məsələlər var
14:04
348

Daniel Siçilongo: Bakıdan öyrəniləsi çox məsələlər var

Bakı gözəl və təmiz şəhərdir. Bakıdan öyrəniləsi, götürüləsi çox şeylər var.

7News.Az-ın xəbərinə görə, bunu zambiyalı parlamentari, Zambiya Yaşıl Partiyasının baş katibi Daniel Siçilongo Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, dünyada ciddi ekoloji problemlər yaşanır, ətraf mühit çox çirkli vəziyyətdədir:

"Hətta ən məşhur meqapolislər belə bunlardan sığortalanmayıb, çirklənmə baş alıb gedir. Ona görə də gözəlliyi və təmizliyi ilə seçilən, göz oxşayan Bakıdan bu məsələlərin, problemlərin həllində götürüləsi, öyrəniləsi çox şeylər var. Bunlar mütləq nəzərə və diqqətə alınmalıdır”, -deyə zambiyalı parlamentari qeyd edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ