RU
Daşaltıda iki fəhlə minaya düşərək həlak oldu
13:02
182

Daşaltıda iki fəhlə minaya düşərək həlak oldu

Şuşa şəhəri yaxınlığında iki nəfər minaya düşüb.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan 7News.Az-a verilən məlumata görə, hadisə dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində baş verib.

Bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ