RU
Daşkəsəndə 25 yaşlı gənc bıçaqlanıb, şübhəli şəxs saxlanılıb  - YENİLƏNİB
21:10
55

Daşkəsəndə 25 yaşlı gənc bıçaqlanıb, şübhəli şəxs saxlanılıb - YENİLƏNİB

Daşkəsən rayonunda 25 yaşlı gənc bıçaq xəsarətləri alıb.

Hadisə Çıraqlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1996-cı il təvəllüdlü R.Nəbiyevi bıçaqlanıb. Bir bıçaq xəsarəti alan şəxs Gəncə şəhərində yerləşən xəstəxanaya aparılıb.

Onu bıçaqlamaqda şübhəli bilinən, 1969-cü il təvəllüdlü Faiq Hüseynəliyev isə saxlanılıb. Hadisənin F.Hüseynəliyevin sərxoş halda olduğu zaman yaranan mübahisə zəminində törədildiyi bildirilir.

 
----

Daşkəsən rayonunda 25 yaşlı gənc bıçaqlanıb.

Hadisə Çıraqlı kəndində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü R.Nəbiyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaq xəsarətləri aldığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ