RU
Daşkəsəndə 60 yaşlı qadını it parçaladı,vəziyyəti ağırdır
16:49
240

Daşkəsəndə 60 yaşlı qadını it parçaladı,vəziyyəti ağırdır


Daşkəsən rayonunda 60 yaşlı qadını it parçalayıb. 7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə Əmirvar kəndində baş verib. Kənd sakini 1961-ci il təvəllüdlü Əhmədova Zöhrə Daşdəmir qızını it parçalayıb. Bədənin bir çox yerindən xəsarətlər alan qadın ilk olaraq Daşkəsən rayonuna,oradan isə təcili olaraq Gəncə şəhərinə gətirilib.Qadına lazımı tibbi yardım göstərilir,hazırda vəziyyəti ağırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ