RU
Daşkəsəndə avtomobillər toqquşub, müəllim ölüb
18:30
1384

Daşkəsəndə avtomobillər toqquşub, müəllim ölüb

Daşkəsən rayonunda avtomobillər toqquşub, müəllim ölüb.

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində "Soyuq bulaq" deyilən ərazidə qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük avtomobili ilə "Niva" markalı maşın toqquşub. Nəticədə "Niva"nın sürücüsü - Daşkəsən rayonunun Əmirvar kənd sakini, 1964-cü il təvəllüdlü Xanlar Tağıyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Tağıyev Əmirvar kənd tam orta məktəbinin müəllimi imiş.

Faktla bağlı araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ