RU
Davidıç Bakıda 258 km/s sürətlə “Aston Martin” sürdü
19:30
682

Davidıç Bakıda 258 km/s sürətlə “Aston Martin” sürdü

“Onu bütün dünya sevir”.

Qalmaqallı məşhur avtomobil blogeri Erik Davidıç Azərbaycanda çəkilən növbəti test-drayvını Youtube-də yerləşdirib.

Məşhur bloger “Aston Martin DBS” markalı avtomobilini Bakıda sınaqdan keçirib.

Erik “Aston Martin” avtomobilini dünyada ən gözəl maşınlardan hesab etdiyini qeyd edib:

“Onu bütün dünya sevir. Gəlin belə danışaq: mən heç bir Bond tanımıram, filmlərə baxmamışam. Sanki salonla dizaynerlər deyil, zərgərlər məşğul olub”.

Qeyd edək ki, bu, Erik Davidıçın Azərbaycanda test-daryvının dördüncüsüdür. Azərbaycanda çəkilən daha 8 test-drayvın nümayişi gözlənilir.

Erikin Azərbaycanda test etmək üçün seçdiyi avtomobillər arasında “Ferrari”, “Porsche 911”, “Aston Martin”, “Chevrolet Corvette” kimi idman avtomobilləri ilə yanaşı, “BMW E9” kimi klassik avtomobil markası da var./oxu

7news.az

Erik Davidıçın ikinci test-drayvının videosunu təqdim edirik:

Diqqət! Videoda qeyri-normativ leksika var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ