RU
Davudoğlu İlham Əliyevə zəng etdi
21:33
330

Davudoğlu İlham Əliyevə zəng etdi

Azərbaycan prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Türkiyə baş naziri Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

7news.az-ın məlumatına görə, Türkiyənin Baş naziri “Günəşli” yatağındakı platformada qəza nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına, mərhumların doğmalarına və yaxınlarına başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmalarını arzu edib.

Azərbaycan prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ