Terrorçunun Türkiyəyə giriş yolu, bütün münasibətləri və arxa plandakı əlaqələri ilə bağlı əldə etdiyimiz məlumatlar, bu olayın arxasında bəzi önəmli ünsürlərin və pərdəarxası qüvvələrin olduğuna dair qənaətimizi gücləndirdi.
Bbu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu İstanbul Valiliyindəki çıxışı zamanı deyib.
“Terror artıq bütün bəşəriyyəti təhdid edən bir faktordur. Bu faktor yalnız Türkiyə və İstanbulun deyil, bütün əsas şəhərlərin və ölkələrin diqqətdə saxlamağı məsələsidir. Paris, London, Madrid və Nyu Yorkda baş verən terror aktları açıq şəkildə bəşəriyyətə meydan oxuma kimi dəyərləndirilə bilər. Bu terror şəbəkəsinin (İŞİD nəzərdə tutulur) arxasındakı əsas adların aşkar olunması üçün çalışırıq. Bu terror təşkilatından istifadə edənlərə qarşı tədbirlər görəcəyik. Bu barədə qərarımız qətidir”, - Davudoğlu bildirib.
7news.az








