Rusiyanın Suriyada mülki şəxsləri hədəf almasına görə beynəlxalq birlik qəti mövqe ortaya qoymalıdır.
Bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu ukraynalı həmkarı Arseni Yaçenyukla görüşü zamanı deyib.
“SSRİ dövrü çoxdan bitib. Bu imperiyanı yenidən yaratmağa çalışanları heç də yaxşı nəticələr gözləmir. Rusiya Xəzər dənizindən ballistik raketlə Suriyanın Azez bölgəsindəki məktəb və xəstəxanaları vurur. Beynəlxalq birlik bu məsələyə qəti mövqeyini bildirməsə, daha dəhşətli nəticələr ortaya çıxacaq”, - Davudoğlu qeyd edib.
Davudoğlu onu da qeyd edib ki, Suriyada 100 türk əsgərinin olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil./axar
7news.Az








