AKP-nin Ankaradakı millət vəkili namizədlərinin konfransında maraqlı hadisə baş verib.
7news.az lenta.ru-ya istinadən xəbər verir ki, ölkənin baş naziri Əhməd Davudoğlu namizədləri səhnəyə çağıraraq onlarla tək-tək əl verərək görüşüb.
Amma Ravza Kavakçı namizədlərin təqdimat toplantısında Əhməd Davudoğlunun əlini sıxmayıb. O, sadəcə olaraq əlini sinəsinə qoyaraq salam verib.
7news.az








