RU
Daxili orqanında narkotika daşıyan şəxs tutuldu
13:10
463

Daxili orqanında narkotika daşıyan şəxs tutuldu

Biləsuvar Rayon Gömrük İdarəsi əməkdaşları daxili orqanında narkotik vasitə  keçirmək istəyən şəxsi saxlayıb. 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətdən 7news.Az-a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Nəticədə, vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bükümdə xalis çəkisi 77,393 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

7news.Az


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ