RU
Dayanacaqlarda yenilik olacaq
17:35
328

Dayanacaqlarda yenilik olacaq

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi dayanacaqlardakı avtobus informasiya terminallarında avtobusların real vaxtda çatma vaxtlarının əks olunması istiqamətində işlər aparır.

Avtobuslarda yeni quraşdırılan izləmə cihazı vasitəsi ilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara ötürüləcək.

Hazırda bununla bağlı test işləri aparılmaqdadır. Sərnişinlər dayanacaqda olarkən monitora baxaraq ən yaxın avtobusun (marşrutlar üzrə) neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaq. Çox yaxın müddətdə bütün dayanacaqlardakı monitorlarda avtobusun çatma vaxtı haqda dəqiq məlumatlar yerləşdiriləcək.

Bu xüsusi proqramın mobil versiyası üzərində də işlər aparılır və yaxın gələcəkdə istifadə veriləcək./qafqazinfo

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ