RU
Dayanma-durma qaydalarının pozulmasına görə 1680 manatlıq cərimə - FOTO
23:30
790

Dayanma-durma qaydalarının pozulmasına görə 1680 manatlıq cərimə - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

 

Dayanma-durma qaydalarını kobud şəkildə pozan 84 sürücü barəsində inzibati protokollar tərtib olunub.

Qeyd edək ki, dayanma və durma qaydalarının pozulmasına görə cərimə 20 manatdır. 

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ