Yoqa dedikdə ağıla ilk olaraq hindistanlıar gəlsə də, nepallılar bu sahədə onlardan geri qalmadığını nümayiş etdiriblər. 30 yaşlı bir gənc dayanmadan 50 saat yoqa etməklə adını Ginnesin rekordlar kitabına yazdırıb.
Paytaxt Katmandudakı yoqa məktəblərindən birində döşək üzərinə çıxan Uttam Moktana, rekord cəhdi zamanı yuxulamağa belə icazə verilməyib. Qidalanmaq və təbii ehtiyaclarını qarşılamaq üçünsə ona cəmi bir necə dəqiqə vaxt verilib. Qarşıya qoyulan tələblərin çətinliyinə baxmayaraq, nepallı gənc 50 saat 15 dəqiqə yoqa edə bilib. Onun səhhətinin qəfil pisləşəcəyi istisna olunmadığından, rekord cəhdi zamanı həkimlər Uttam Moktanın yanından ayrılmayıb.
Bu sahədə əvvəlki dünya rekordu hindistanlı Yoqrac adlı şəxsə məxsus idi. Sözügedən rahib, bu ilin fevralında 40 saat 15 dəqiqə yoqa ilə məşğul olmuşdu./atv
7news.az








