Ekstrimist özbəkistanlı dayə dünən nəzarətində olan uşağın başını kəsdiyi üçün istintaqa cəlb olunub. İstintaq 40 dəqiqə davam edib.
Daha sonra İstintaq Komitəsinin nəzarəti altında o cinayət törətdiyi evə aparılıb. Maşını əhatəyə alan çox sayda insanlar qadına olan qəzəbini gizlədə bilməyiblər. Hətta onu öldürməyə hazır olublar. Uşağın öldürüldüyü yerə insanlar güllər, oyuncaqlar gətirib, şamlar yadırıblar.
Qeyd edək ki, ötən gün “Oktyabr meydanı” metrosunda dayə nəzarətində olan uşağın kəsilmiş başını əlində sallayaraq ekstrimist sözlər qışqırıb.
7News.Az olaraq görüntüləri sizə təqdim edir:








