Moskva polisi keçirdiyi əməliyyat zamanı kriminal aləmdə Akop "Rıjiy” kimi tanınan "qanuni oğru” Akop Meliksetyanı saxlayıb.
7news.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya xüsusi xidmət orqanları məlumat yayıb.
Meliksetyanı kriminal avtoritet Aslan Usoyanın (Ded Xasan) yaxın adamı sayılır. O, bir sıra cinayətlərdə, o cümlədən insan oğurluğunda ittiham olunur.
Qeyd edək ki, Usoyan 2013-cü ilin yanvarın 16-da Moskvada öldürülüb.








